Millimizin üzvü Fransa klubunda

17:13 29 İyun 2018

Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun üzvü Eduardo Borges karyerasını Fransada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, feysbuk hesabında paylaşım edən futzalçı qarşıdakı mövsümü Fransa çempionatında keçirəcəyini açıqlayıb. Belə ki, mayda “Araz”la müqaviləsi başa çatan müdafiəçi Fransanın “Acces Futsal” klubu ilə anlaşıb.

 

Qeyd edək ki, Eduardo 2013-cü ildən millinin formasını geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində Azərbaycan millisinin şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti