"Çelsi" "Barselona"ya "yox" dedi

22:49 29 İyun 2018

İngiltərənin “Çelsi” klubu “Barselona”nın braziliyalı yarımmüdafiəçi Villian üçün etdiyi təklifi rədd edib.

 

Sportarena.az xəbər verir ki, İspaniya nəhəngi 29 yaşlı Villian üçün “Çelsi”yə 56 milyon avro təklif edib. Amma “Barsa” rəsmiləri futbolçunun meneceri ilə razılığa gəlsələr də, “Çelsi” rəhbərliyi bu transferin baş tutmasını istəməyib.

 

“Barselona” Andres İnyestanın klubdan ayrılmasından sonra Felippe Koutinyonun yanına onun həmyerlisi Villianı gətirmək istəyir. Katalonlar bununla yarımmüdafiə xəttini ikiqat gücləndirməyi düşünürlər. Ancaq “Çelsi” Villianı “Barsa”ya satmaq istəyində deyil.

 

Villianın xidmətində “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da maraqlıdı. MY-nin Villiana görə “Çelsi”yə daha yüksək məbləğ təklif edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti