Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək. Əvvəlcə meydana Fransa və Argentina milliləri çıxacaq. Hər iki komanda DÇ-2018-in favoritlərindən sayılır. Baxmayaraq ki, Lionel Messinin lideri olduğu Argentina yığması qrup mərhələsinin oyunlarını çətinliklə başa vurdu. Messinin komandası qrup mərhələsinin son turunda, Nigeriya ilə oyunda 2:1 hesablı qələbə qazanmaqla 1/8-ə vəsiqə əldə etdi. Fransa isə qrup mərhələsini lider kimi tamamlayıb.
Günün ikinci görüşündə isə Uruqvayla Portuqaliya üz-üzə gələcək. Luis Suaresli, Edison Kavanili Uruqvayın Kriştano Ronaldonun lideri olduğu milliyə qarşı oyunu maraqla gözlənilir. Bu görüşdə hər iki komandanın şanslarını bərabər saymaq olar.
DÇ-2018, 1/8 final
30 iyun
18:00 Fransa - Argentina 4:3
Qol: Antuann Qrizmann, 13-pen. Benjamin Pavar, 58. Kilian Mbappe, 64; 68. Kun Aquero, 90+3 - Anxel Di Mariya, 41. Qabriel Merkado, 48.
Baş hakim: Alirza Faqani (İran)
Kazan, “Kazan Arena”
22:00 Uruqvay - Portuqaliya 2:1
Qol: Edinson Kavani, 7; 62 - Pepe, 55.
Baş hakim: Sezar Arturo Ramos (Meksika)
Soçi, “Fişt Stadionu”