Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırmaq fikrindədi.
Sportarena.az xəbər verir ki, klub prezidenti Əhməd Ağaoğlu hazırda 2 futbolçusunun - Şeydayevin və Matuş Beronun başqa komandaya keçidi ilə əlaqədar danışıqlar apardıqlarını bildirib. Ağaoğlunun fikrincə, bu transferlər gerçəkləşməsi onların maddi planda irəli salacaq:
"Müqaviləsi bitən futbolçularla anlaşmanı yeniləmədik. Bizimlə müqavillələri olan Beroyla Şeydayevin başqa klublara transferi reallaşarsa, klubumuz büdcəsinə 8-8,5 milyon avro qənaət edəcək. Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma təkrar edirəm ki, xərclərini ödəyəcəkləri təqdirdə".
"Trabzonspor" daha əvvəl Uğur Demirok, Yan Duritsa, Dame N Doye, Tomaş Huboçan və Okay Yokuşlu ilə yollarını ayırmaqıa ildə 35 milyon türk lirəsi qənaət edib.
Qeyd edək ki, Ramil "Trabzonspor"dan icazə alaraq Avstriya "Mattersburq"la danışıqlar aparmağa yolanıb.