ÇL-də ilkin mərhələnin qalibi bəlli oldu

13:45 30 İyun 2018

Futbol üzrə Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu mərhələ cəmi 3 oyundan ibarət idi. Öncə bir oyundan ibarət ilkin mərhələnin yarımfinal qarşılaşmaları keçirilmişdi. “Drita” (Kosovo) “Santa Koloma”ya (Andorra), “Linkoln” (Cəbəllütariq) isə “La Fiorita”ya (San Marino) eyni hesabla (2:0) qalib gəlməklə finala yüksəlmişdi. Ötən gecə “Drita” səfərdə “Linkoln”a qarşı baş tutan final matçında da 4:1 hesabıyla qalib gəlib. Nəticədə, Kosovo çempionu bu mərhələnin qalibi adını qazanıb.

 

ÇL-in 1-ci təsnifat mərhələsinə yeganə vəsiqəyə sahib çıxan “Drita” burda İsveçin “Malmö” klubuna rəqib olub.

 

“Linkoln” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu komanda Avroliqanın 2-ci təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) - TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Çempionlar Liqası, ilkin mərhələ, final

29 iyun

Linkoln (Cəbəllütariq) - Drita (Kosovo) 1:4


Digər xəbərlər

Xəbər xətti