Övladına görə İngiltərə millisinin düşərgəsini tərk etdi

11:15 1 İyul 2018

Futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Fabian Delf Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan komandasının düşərgəsini tərk edərək, vətənə dönüb.

 

Sportarena.az xəbər verir ki, buna onun həyat yoldaşının dünyaya övlad gətirməsi səbəb göstərilir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

 

Xatırladaq ki, İngiltərə yığması iyunun 28-də Kalininqradda Belçika yığması ilə qarşılaşıb və 0:1 hesabıyla uduzub. 90 dəqiqə meydanda olan Delf məhz həmin oyundan sonra düşərgəni tərk edib.

 

28 yaşlı futbolçunun yaxın günlərdə yenidən millinin düşərgəsinə qoşulması gözlənilir. Onun komandası iyulun 3-də DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində Kolumbiya ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti