Nazarovun komandasından 25 qollu qələbə

14:03 1 İyul 2018

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın 2-ci Bundesliqa klubu "Aue" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Nazarovun komandası “Vildenşteyner”lə qarşılaşıb. Oyun “Aue”nin 25:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Nazarov oyuna start heyətində başlayıb və fasilədən sonra əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti