"Neftçi"də yeni müqavilə

15:25 1 İyul 2018

"Neftçi” futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2018/219 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə əsasən Krivotsyk 2019/220 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

 

U-21 milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 30 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Rəhman Hacıyevlə müqavilə yenilənmişdi.


Digər xəbərlər

Xəbər xətti