2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
Sportarena.az xəbər verir ki, məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın 94 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.
Sözügedən bayram 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşəbbüsü ilə keçirilir.