Futbol üzrə Xorvatiya yığmasının qapıçısı Daniel Subaşiç dünya çempionatlarının tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, o, Rusiyada təşkil olunmuş mundialda ötən gün Danimarka ilə oyundan sonrakı penalti seriyasında 3 zərbəni dəf etməklə rekorda şərik olub.
Belə bir uğura ilk dəfə portuqaliyalı Rikardo Pereyra imza atıb. O, 2006-cı ildə İngiltərə ilə 1/4 final matçında 3 penalti dəf etməklə rekord müəyyənləşdirmişdi.