Məhəmməd Salah “Liverpul”la yeni, uzunmüddətli müqavilə bağlayacaq.
Sportarena.az xəbər verir ki, yeni müqavilənin detalları mətbuata sızıb. Salah “Liverpul”la 5 illik - 2023-cü ilə qədər müqavilə imzalayacaq. Yeni müqavilədən sonra misirli futbolçu “Liverpul”un tarixində ən ödənişli oyunçu olacaq. Onun həftəlik məvacibi 200 min funt (226 min avro) təşkil edəcək.
Salah “Liverpul”a 2017-ci ildə 42 milyon avroya “Roma”dan keçib. O, ötən mövsüm İngiltərə Premyer Liqasının rekordunu müəyyənləşdirib, 32 oyunda 36 qol vurub.