"Atletiko"nun kapitanı Qabi Fernandes karyerasını "Əl-Sədd" klubunda davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Qətər klubu məlumat yayıb. 35 yaşlı futbolçunun bu gün sözügedən ölkəyə gedərək tibbi müayinədən keçəcəyi bildirilib. Onun yeni komandası ilə 3 illik müqavilə bağlayacağı və ümumilikdə 19 milyon avro qazanacağı söylənilir.
Qeyd edək ki, Qabi "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Ernandesin komanda yoldaşı olacaq.