Bu gün Rusiyada keçirilən DÇ-2018-də 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxacaq. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparacaq.
Bu cütün qalibinin 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşəcək. 1/8 finala son vəsiqənin sahibi Kolumbiya və İngiltərə arasında oyunda bəlli olacaq.
DÇ-2018. 1/8 final
3 iyul
18:00 İsveç - İsveçrə 1:0
Qol: Emil Forsberq, 66.
Baş hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq. Sankt-Peterburq stadionu
22:00 Kolumbiya - İngiltərə 1:1 (pen - 3:4)
Qol: Yerri Mina, 90+3. - Harri Keyn, 57-pen.
Baş hakim: Mark Qeyqer (ABŞ)
Moskva. “Spartak” stadionu