"Milan"dan 2 rəsmi transfer

15:53 3 İyul 2018

İtaliyanın “Milan” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, A Seriyası təsmilçisi “Napoli”dən ayrılan qapıçı Pepe Reynanı və “Sampdoriya”nın müdafiəçisi İvan Striniçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.

 

35 yaşlı ispaniyalı qolkiper 2015-ci ildən “Napoli”nin şərəfini qoruyurdu. 30 yaşlı xorvatiyalı müdafiəçi isə son mövsümü “Sampdoriya”da keçirib.


Digər xəbərlər

Xəbər xətti