Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Sportaren.az xəbər verir ki, Ağdam klubunun rəqibi Kiyev “Dinamo”su (Ukrayna) olub. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu qarşılaşmadan minimal hesabla məğlub ayrılıb.\
Xatırladaq ki, “Qarabağ” daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1), Avstriyanın “Vakker İnsbruk” (0:0) klubları, eləcə də Suriya millisi (0:1) ilə yoxlama oyunları keçirmişdi.
Yoxlama oyunua
4 iyul
Qarabağ - Dinamo (Kiyev) 0:1
“Qarabağ”ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov.