Riçard Almeydanın yeni klubu müəyyənləşdi - RƏSMİ

11:33 4 İyul 2018

Mövsümün sonunda “Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Astana”ya keçib. Xəbəri Qazaxıstan klubunun rəsmi saytı yayıb. Milli komandamızın da formasını geyinən futbolçuyla bağlanmış müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qazaxıstan mətbuatının iddiasına görə, Almeyda yeni klubunda ilinə 1 milyon avro qazanacaq.

 

Qeyd edək ki, “Astana”ya mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran Roman Qriqorçuk başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti