Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” - “Uypeşt” (Macarıstan) oyununun hakimləri məlum olub.
Sportarena.az xəbər verir ki, görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasındakı cavab oyununu isə Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
“Neftçi”ylə “Uypeşt” arasında ilk oyun iyulun 12-də “Dalğa Arena”da, cavab matçı isə iyulun 19-da Macarıstanda olacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi
12 iyul
21:00 Neftçi - Uypeşt
Baş hakim: Dennis Yohan Hiler
Yan xətt hakimləri: Yost van Zuylen, Yohan Balder
Dördüncü hakim: Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Sitoviç (Rusiya)