"Astana"nın baş məşqçisi Roman Qriqorçuk Riçard Almeydanın transferi haqda fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, Sport.kz saytına danışan mütəxəssis millimizin üzvünü "Qarabağ"da çıxış etdiyi vaxtlardan bəyəndiyini deyib:
"Qəbələ"nin sabiq çalışdırıcısı bu transferlərdə klub rəhbəri Sayan Hamitjanovun böyük əməiolduğunu qeyd edib:
"Təsəvvür edirəm ki, o, bu futbolçuları "Astana"ya keçməyə inandırmaq üçün hansı işlər görüb. Danışıqlar zamanı müsbət planda arqumentlər irəli sürmək, inadkarlıq və futbolçuların nümayəndələrini özünə bağlamaq bacarığı vacibdir. Bilirəm ki, "Astana"nın bu futboluçulara namizəd olan ciddi rəqibləri vardı. Ancaq futbolçuları imzaya gətirmək mümkün oldu. Çox şadam ki, klubumuzun prezidenti avrokuboklarda start öncəsi heyəti gücləndirməklə bağlı vədini tam yerinə yetirdi".