Uzun fasilədən sonra Çempionlar Liqasında mübarizəyə qoşulacaq "İnter" növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, "nerazzurri" hücum xəttini Lautaro Martineslə gücləndirib. 20 yaşlı argentinalı hücumçu ilı 5 illik müqavilə imzalanıb.
Argentinanın "Rasinq" klubundan transfer olunan Martinesin qiyməti rəsmən açıqlanmasa da, İtaliya mətbuatı onun "İnter"ə 25 milyon avroya başa gəldiyini iddia edir.