Meksika yığmasının veteran Rafael Markes futbolçu karyerasını başa vurub.
Sportarena .az xəbər verir ki, o, 39 yaşında oyunçu karyerasını bitirməyə qərar verib.
Markes karyerası ərzində “Atlas”, “Monako”, “Barselona”, “Nyu-York Red Bullz”, “Leon”, “Verona” kimi klublarda çıxış edib. O, son iki mövsümü yetirməsi olduğu Meksika “Atlas”ında keçirib. Rusiyada təşkil olunmuş DÇ-2018-ə də gətirilən yarımmüdafiəçi Meksika millisində bütövlükdə 146 oyun keçirib, 19 qol vurub.