İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, “qırmızı-şeytanlar” ingiltərəli qapıçı Li Anderson Qrantı transfer ediblər. Son mövsümü “Stok Siti”də keçirən 35 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. O, geridə qalan mövsümdə cəmi 3 Premyer Liqa matçında meydana çıxıb. MY-də də onun ehtiyat qapıçı funksiyasını yerinə yetirəcəyi gözlənilir.
Qrant karyerası ərzində ancaq İngiltərə klublarında çıxış edib. Onun formasını geyindiyi komandalar arasında “Derbu Kaunti”, “Bernli”, “Oldem Atletik” və “Şeffild Uensdey” də var.