Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.
Qeyd edək ki. Azərbaycanı avrokuboklarda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Keşlə" təmsil edəcək. Ağdam klubu ÇL-də, digərləri isə AL-də mübarizə aparacaq.