Millimizin sabiq üzvü "Trabzonspor"la müqavilə imzaladı

17:36 5 İyul 2018

Türkiyənin “Trabzonspor” klubu 6 futbolçu ilə peşəkar müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, Qara dəniz təmsilçisi müqavilə imzaladığı futbolçuları əsas komandaya cəlb edib. Trabzon təmsilçisi aşağı yaş qrupları üzrə komandalarda yetişən futbolçular – Behlül Aydın, Kerem Baykuş, Serkan Asan, Safa Kınalı, Furkan Ödemiş və Tayyip Ebrar Cumurla 5 illik sözləşmə imzalayıb.

 

Bu futbolçulardan Tayyip Ebrar Cumurun Azərbaycanla bağlılığı var.  Yarımmüdafiəçi 2016-cı ildə 17 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə cəlb olunub.  Onun həm Türkiyə, həm də Azərbaycan vətəndaşlığı var.


Digər xəbərlər

Xəbər xətti