Azərbaycandan təklif alan futbolçu Fransa klubunda

18:40 6 İyul 2018

Qvineya millisinin üzvü Seku Konde Azərbaycandan təklif alıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda futbolçu özü məlumat verib. Bu gün Fransa 2-ci liqa təmsilçilərindən “Şatoru” ilə müqavilə bağlayan 25 yaşlı oyunçu bu komandanı seçməsinin səbəbini açıqlayıb:

 

“Rusiya, Türkiyə, Qazaxıstan, Azərbaycan və Belçikadan ümumilikdə 10-a yaxın təklif almışdım. Qərar vermək üçün bir qədər fikirləşdim. Fransada oynayan dostlarımla məsləhətləşdikdən sonra “Şatoru” ilə müqavilə bağlamağa qərar verdim”.

 

Qeyd edək ki, Konde 2015-ci ildən Qvineya yığmasına çağırılır.


Digər xəbərlər

Xəbər xətti