Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək son iki 1/4 final matçı ilə bütün yarımfinalçıların adına aydınlıq gələcək. Öncə İsveç və İngiltərə yığmaları üz-üzə gələcək. Son olaraq isə DÇ-2018-in təşkilatçısı Rusiya Xorvatiya ilə qarşılaşacaq.
Xatırladaq ki, Fransa və Belçika yığmaları artıq yarımfinala vəsiqəni təmin edib.
DÇ-2018, 1/4 final
7 iyul
18:00 İsveç - İngiltərə 0:2
Qol: Harri Maquayr, 30. Dele Alli, 59.
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Samara. “Samara Arena”.
22:00 Rusiya - Xorvatiya 2:2 (Pen - 3:4)
Qol: Denis Çerışev, 31. Mario Fernandes, 115 - Andrey Kramariç, 39. Domaqoy Vida, 101.
Baş hakim: Sandro Riççi (Braziliya).
Soçi. “Fişt” stadionu.