Aleksandr Səmədov milli karyerasını başa vurdu?

10:19 8 İyul 2018

Rusiya yığması DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penalti seriyasında məğlub olaraq, mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonar Rusiya yığmasının azərbaycanlı futbolçusu Aleksandr Səmədov fikirlərini bildirib. O, yığma karyerasını bitirdiyini də elan edib:

 

“Məyus olsaq da, göstərdik ki, bu komanda ilə qürur duymaq olar. Biz layiqli futbol sərgilədik. Təəssüf ki, hər şey belə alındı. Amma bütün hallarda, yığma komandaya münasibəti dəyişə bildik. Hesab edirəm ki, bu yığmanın özəyi qorunacaq. Mənə gəldikdə isə artıq qərarımı vermişəm. Bu, mənim Rusiya yığmasında sonuncu oyunum idi”.


Digər xəbərlər

Xəbər xətti