“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” klubuna qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatı dəyişdirilib.
Sportarena.az xəbər verir ki, qarşılaşma iyulun 12-də Ta Qalidəki “Sentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi. Bu komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda keçiriləcək.