Bu gün “Dalğa Arena”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu penaltidən Musa Qurbanlı vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyulun 10-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək.