“Trabzonspor” prezidentinin məsləhətçisi Özkan Sümer millimizin hücumusu Ramil Şeydayevin gələcəyi ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, 22 yaşlı hücumçunun klubdakı taleyinin baş məşqçidən asılı olduğunu deyib:
"Baş məşqçi razı qalsa, o qalacaq. Çünki maaşı yüksək deyil. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə buradadı. Hazırda klubun düşərgəsindədi. Toplanış bitdikdən sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək”.
Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayevin Avsriyanın "Mattersburq" klubu ilə danışıqları müsbət nəticələnməyib.