Millimizin oyunun vaxtı dəyişdirildi

15:38 8 İyul 2018

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət milli komandamız iyulun 5-dən Bakıda təlim-məşq toplanışına başlayıb.

 

Sportarena.az xəbər verir ki, toplanış çərçivəsində millimizin “Keşlə” (əvəzedici), “Qəbələ” (əvəzedici), MOİK və “Şüvəlan”la yoxlama oyunları nəzərdə tutulub.

 

“Keşlə”nin əvəzediciləri ilə nəzərdə tutulan oyunun vaxtında dəyişiklik edilib. Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız bu rəqiblə iyulun 15-də yox, 14-də üz-üzə gələcək. Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşacaq və saat 18:30-da start götürəcək.

 

Məlumat üçün bildirək ki, 19 yaşlılarımız 18 və 21 iyulda “Qəbələ” (əvəzedici), iyulun 24-də MOİK, 27 iyulda isə “Şüvəlan”la yoxlama oyunları keçirəcək.


Digər xəbərlər

Xəbər xətti