Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq prosesini başa vuracaq.
Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Məlumatda sabah komandanın Sloveniyaya yollanacağı bildirilib.
Xatırladaq ki, bu ölkənin “Olimpiya” (Lyublyana) komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”a rəqibdir. Komandaların ilk oyunu iyulun 11-də Sloveniya, cavab matçı iyulun 18-i Bakıda olacaq.