Futbol üzrə İtaliya yığmasının və “Latsio”nun hücumçusu Çiro İmmobile silahlı hücuma məruz qalıb.
Sportarena.az xəbər verir ki, hadisə İtaliyada, Franavilla-al-Mare çimərliyində qeydə alınıb. 28 yaşlı futbolçu dostları ilə istirahət edərkən onlara tanımadıqları bir kişi yaxınlaşıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Az sonra əlinə bıçaq alan həmin şəxs İmmobile ilə dostlarına hücum çəkib. Amma onu zərərsizləşdirmək mümkün olub.
Silahlı hücum nəticəsində heç kim zərər çəkməyib. Hücum edən şəxs isə aradan çıxmağı bacarıb.