Braziliyalılar onu ölümlə hədələyir - Avtoqola görə

12:51 9 İyul 2018

Braziliya Futbol Konfederasiyası yığmanın üzvü Fernandinyoya qarşı hücumlarla bağlı müraciət yayıb.

 

Sportarena.az xəbər verir ki, Fernandinyo və ailəsi sosial şəbəkələrdə təhqir olunur, hədələnir. O, DÇ-2018-in 1/4 finalında Belçika ilə keçirilən görüşdə avtoqolla yadda qalmışdı. Braziliya mübarizəni dayandırdıqdan sonra azarkeşlər sosial şəbəkələrdə Fernandinyonu “qurbanlıq” seçiblər. Federasiyanın məsələ ilə bağlı yaydığı müraciətdə deyilir:

 

“Braziliya Futbol Konfederasiyası Fernandinyoya və ailəsinə olan irqçi hücumları pisləyir. Futbol özündə vahid rəngi, insanların mədəniyyətlərini birləşdirir. Hücumları dayandırın. Biz səninləyik, Fernandinyo. İrqçilik qalib gələ bilməz!”


Digər xəbərlər

Xəbər xətti