Türkiyənin “Qalatasaray” klubu heyətini nigeriyalı futbolçu ilə gücləndirir.
Sportarena.az xəbər verir ki, “sarı-qırmızılılar” “Everton”un futbolçusu Henri Onyekurunu transfer etməyə hazırlaşır. 21 yaşlı hücumçu artıq Türkiyəyə gələrək, tibbi müayinədən keçib. Onunla tezliklə müqavilə bağlanacağı gözlənilir.
Son mövsümü icarə əsasında Belçikanın “Anderlext” klubunda keçirən futbolçu, Yupiler Liqada 19 qarşılaşmada forma geyinib və 9 qolla yadda qalıb.