Xorvatiya Futbol İttifaqı yığmanın skautu Oqnyen Vukoyeviçi vəzifəsindən uzaqlaşdırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb yığmanın sabiq yarımmüdafiəçisinin müdafiəçi Domaqoy Vida ilə birlikdə dünya çempionatının 1/4 final mərhələsində Rusiya üzərində qələbədən sonra sosial şəbəkədə paylaşdığı videodur.
Qeyd edək ki, Vida ilə Vukoyeviç videoda "Bu qələbə Ukrayna üçündür” deyiblər. Bu hərəkətinə görə FİFA Vidaya rəsmi xəbərdalıq edib.