"Fənərbaxça"da zəlzələ - 250 milyon hara yoxa çıxıb?

18:40 9 İyul 2018

Türkiyənin "Fənərbaxça" klubu ciddi qalmaqalla üzləşib.

 

Sportarena.az xəbər verir ki, klubun keçmiş prezidenti Əziz İldırım və idarə heyətinin üzvləri Mahmud Uslu ilə Tahir Perekin əmlakı adı açıqlanmayan bankın şikayəti əsasında müsadirə edilib. Bundan sonra məlum olub ki, sözügedən şəxslərin evinə gələn haciz may ayında banklardan birində "Fənərbaxça" adına götürdükləri 300 milyon lirəlik kreditlə bağlıdı.

 

Belə ki, İstanbul təmsilçisinin yeni prezidenti Əli Koç klubun büdcəsi ilə ilə bağlı audit yoxlamaları aparan zaman büdcəyə 300 milyon lirəlik kreditin daxil olduğunu, hazırda isə sözügedən məbləğdən sadəcə 50 milyon avronun klubun kassasında olduğunu müəyyənləşdirib. Geridə qalan 250 milyon lirənin aqibətini isə müəyyənləşdirmək mümkün olmayıb. Dəfələrlə aparılan araşdırmalardan sonra sözügedən məbləğin heç bir rəsmi sənədlə büdcədən çıxmadığı rəsmiləşib.

 

Kreditin ödəniş günü yetişəndə isə Əli Koç əlindəki sənədlərlə birgə bank rəhbərliyi ilə görüşüb və kreditin 50 milyonluq hissəsini ödəyəcəklərini bildirib. Koçdan maliyyə hesabatını təhvil alan bank rəhbərliyi hüquq-mühavizə orqanlarına bu barədə şikayət ərizəsi ünvanlayıb. Nəticədə "Fənərbaxça"nın keçmiş rəsmilərinin əmlakı müsadirə edilib. Kreditin 250 milyonluq hissəsi Bankın verdiyi möhlət ərzində bağlanmazsa, Əziz İldırım, Mahmud Uslu ilə Tahir Perekin maliyyə fırıldağına yol verdiyi qanunla sübut olunarsa, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

 

Məsələ ilə bağlı açıqlama verən Əziz İldırım haqqında yayılan xəbərləri təkzib etməklə yanaşı, Əli Koça müharibə elan edib.


Digər xəbərlər

Xəbər xətti