"Vest Hem" "Arsenal"ın futbolçusunu transfer etdi

10:31 10 İyul 2018

Bu yay “Arsenal”la müqaviləsinin müddəti başa çatan və azad agent status daşıyan Cek Uilşirin yeni klubunun adına rəsmən aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu “Vest Hem”ə transfer olunub. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda Uilşirlə 3 illik müqavilə imzalandığı qeyd olunur.

 

İngilis yarımmüdafiəçi geridə qalan mövsümdə “Arsenal”da 20 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. İngiltərə yığmasında 30-dan çox oyun keçirmiş futbolçu yetirməsi olduğu “Arsenal”da 2008-ci ildən oynayırdı. O, 2010-cu ildə icarə əsasında “Bolton”da, həmçinin 2016/17 mövsümündə “Bornmut”da da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti