“Bursaspor” 21 yaşadək futbolçulardan ibarət millimizin yarımmüdafiəçisi Ozan Can Kökcünü növbəti dəfə icarəyə verə bilər.
Sportarena.az xəbər verir ki, komandanın baş məşqçi Samet Aybabanın Kökcü ilə yanaşı, Alper Adəmoğlunun başqa klubda təcrübə toplamasının tərəfdarı olduğu vurğulanıb. O, komandanın yarımmüdafiə xəttində oyunçu sayının çoxluğu səbəbindən bu qərara gəlib. Buna baxmayaraq, baş məşqçi iyulun 12-dən başlayacaq yoxlama oyunlarında Kökcüyə də şans verəcək.
Qeyd edək ki, Ozan Can Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın "Vaalveyk" klubunda keçirib.a