Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb.
Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, 26 yaşlı Yunanıstan təmsilçisindən ayrılıb. Əldə etdiyimiz məlumata görə, futbolçu şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Belə ki, futbolçumuz "Panionios"un heyətində cəmi 1 məşq edib və məşçi ilə danışdıqdan sonra klubu tərk edib.
Onun "Panionios" klubunun düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi instagram hesabında Yunanıstan klubuyla bağlı paylaşdığı şəkli də silib.
Qeyd edək ki, Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə "Qəbələ"yə 80 min dollar ödəyib.