“Qarabağ”ın Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarına baxmışıq. Onların heyətində çox dəyişiklik olub. Ona görə hələ optimal heyəti qurmayıblar. Rəqib yeni mövsümə tam hazır deyil. Ümumilikdə, “Qarabağ” yaxşı komandadı. Lakin biz özümüzə inanırıq. Bizdə inkişaf var, irəli gedə bilərik”.
Sportarena.az əbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la oyun öncəsi yerli mətbuata deyib. O, çox yaxşı çalışdıqlarını vurğulayıb:
“Baş məşqçimiz istəyir ki, Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışaq. Bunun üzərində işləyirik. Çox təhlil edirik. Xüsusilə, öz oyunumuzdakı səhvləri aradan qaldırırıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdı. Sabah udacağımıza söz verə bilmərəm. Amma yaxşı oynamağa və ötənilki səhvlərimizi təkrarlamamağa çalışacağıq”.