Almanlar Özili bezdirdi - Millidən gedir

17:15 10 İyul 2018

"Arsenal"ın futbolçusu Məsut Özil Almaniya millisindəki karyerasını başa vurmağa hazırlaşır.

 

Sportaren.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi DÇ-2018-lə vidalaşdıqdan sonra ona edilən tənqidlər səbəbindən bu qərarı verib. Özilin qərarını yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla çəkdiyi şəkilə görə də tənqid edilən Məsutun atası Mustafa Özil "Bild"ə açıqlamasında oğlunun yerində olsa, millidən gedəcəyini söyləyib.


Digər xəbərlər

Xəbər xətti