"Qarabağ" Sloveniyadan qələbə ilə qayıdır - YENİLƏNİB

23:54 11 İyul 2018

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq “Qarabağ” mübarizəyə başlayıb. Qurban Qurbanovun çalışdırdığı Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşıb. Təmsilçimiz Donald Geryenin vurduğu yeganə qol sayəsində qələbə qazanıb - 0:1

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

Çempionlar Liqası: 1-ci təsnifat mərhələsi, İlk oyun

11 iyul

22:00 Olimpiya - Qarabağ 0:1

Qol: Donald Gerye, 79.

Qırmızı vərəqə: İssah Abass, 85 - Qara Qarayev, 90.
Hakimlər: Lourens Visser, Karel de Roker, Co de Vayrd, Bram van Drişe (hamısı Belçika).
Lyublyana. “Stojitse” stadionu.

 

Olimpiya: 31. Alyaz İvaçiç, 3. Maki Banyak, 5. Marko Qayiç, 7. Rok Kronaveter, 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç, 90. Tomislav Tomiç, 95. Daniel Avramovski.

Ehtiyat oyunçular: 41. Neyç Vidmar, 4. Leo Eyup, 8. Daniel Mişkiç, 10. Qoran Brkiç, 21. Kinqsli Boatenq, 23. Nik Kapun, 29. Matiç Çrniç.

Baş məşqçi: İliya Stoliça.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Donald Gerrye, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov.

Baş məşqçi: Qurban Qurbanov.


Digər xəbərlər

Xəbər xətti