Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub. Gürcüstanda yerli “Samtredia” klubu Qazaxıstanın “Tobol” komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Qazaxlar səfərdə minimal hesabla üstün olublar.
Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin daha 6 oyunu iyulun 11-də, qalan bütün qarşılaşmalar isə ayın 12-də keçiriləcək.
Avropa Liqası, 1-ci təsnifat mərhələsinin ilk oyunu
10 iyul
Samtredia (Gürcüstan) - Tobol (Qazaxıstan) 0:1