Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
Sportarena.az xəbər verir ki, Sloveniya “Olimpiya”sı ilə qarşılaşan və 1:0 hesabıyla qalib gələn “Qarabağ”la yanaşı, təmsilçimizin potensial rəqibləri də meydana çıxıb. Belə ki, “köhlən atlar”ın ÇL-in 2-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi “Kukesi” və “Valetta” bir-biri ilə üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.
Qeydə alınan bütün nəticələri təqdim edirik:
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
Flora (Estoniya) - Hapoel (Beer-Şeva, İsrail) 1:4
Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova) 2:1
Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya) 0:3
Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan) 1:1
Vikinqur (Farer adaları) - HJK (Finlandiya) 1:2
Şkendiya (Makedoniya) - TNS (Uels) 5:0
Kork Siti (İrlandiya) - Legiya (Polşa) 0:1
Drita (Kosovo) - Malmö (İsveç) 0:3
11 iyul
Astana (Qazaxıstan) - Sutyeska (Monteneqro) 1:0
Spartak (Latviya) - Srvena Zvezda (Serbiya) 0:0
Suduva (Litva) - APOEL (Kipr)
Spartak (Trnava, Slovakiya) - Zrinski (Bosniya və Herseqovina) 1:0
Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya) 7:0
Kukesi (Albaniya) - Valletta (Malta) 0:0
Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan) 0:1
Valyur (İslandiya) - Rusenborq (Norveç) 1:0