"Keşlə"dən 4 futbolçu ilə bağlı açıqlama

14:27 11 İyul 2018

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə”də yeni müqavilələr imzalanıb.

 

Sportarena.az xəbər verir ki, Sezar Meza Kolli və gənc oyunçu Əlibəy Məmmədli ilə müqavilənin müddəti 1 illik uzadılıb.

 

Bundan başqa, klub Miloş Bosançiç və Bahodir Nasimovun da transferini elan edib. Serbiyalı yarımmüdafiəçi və özbəkistanlı forvardla 1 illik müqavilə bağlanıb.


Digər xəbərlər

Xəbər xətti