Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Sloveniyanın “Olimpiya” klubu ilə ilk oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl də komandanı dəstəkləmək üçün Lyublyanaya yollanıb. O, bu gün “Olimpiya”nın prezidenti Milan Mandariçlə birgə oyunöncəsi rəsmi yeməkdə bir araya gəlib.