"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, London təmsilçisi Fransa "Loryan"ından Matteo Qanduzini transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalansa da, onun müddəti və digər detalları açıqlanmayıb. Futbolçu yeni klubunda 29 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qanduzi Fransanın gənclər yığmasının üzvüdür.