“Səbail” “Gənclərbirliyi”nə uduzdu - YENİLƏNİB

02:23 13 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu, “Səbail”in Türkiyə hazırlığı çərçivəsində ilk yoxlama matçı olub. Bakı təmsilçisi yerli “Gənclərbirliyi” klubu ilə qarşılaşıb. Millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” ötən mövsüm Super Liqanı tərk edib. Qarşılaşma "Səbail"in böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Dəniz Yılmaz da matçın ikinci hissəsində meydanda olub.



“Səbail”in Türkiyədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

 

Yoxlama oyunu

12 iyul

Səbail - Gənclərbirliyi (Türkiyə) 0:3


Digər xəbərlər

Xəbər xətti