Azərbaycanlı FİFA referiləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.
Sportarena.az xəbər verir ki, UEFA Avroliqanın cavab matçlarından ikisinin idarəçiliyini azərbaycanlı hakimlərə tapşırıb:
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
19 iyul
Mladost (Monteneqro) - B36 Torshavn (Farer adaları)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
Zarya (Moldova) - Qurnik (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov