Nömrəsini Ronaldoya verdi

15:44 12 İyul 2018

"Real"ın sabiq hücumçusu Kriştiano Ronaldonun yeni klubu "Yuventus"da çıxış edəcəyi forma nömrəsi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı hücumçu bu dəfə də 7 nömrəli forma geyinəcək. Bu nömrəli forma ilə Xuan Kuadrado çıxış edirdi. Kuadrado "İnstaqram" hesabı vasitəsi ilə Ronaldoya uğurlar arzulayıb:

 

"Bu formanı ona vermək xoşdur. Ronaldoya yeni macərasında uğurlar arzulayıram".

 

Qeyd edək ki, K.Ronaldo sabiq klubları "Mançester Yunayted" və "Real"da da 7 nömrəli forma geyinirdi.


Digər xəbərlər

Xəbər xətti